Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşı, habelə məhkum barəsində onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.