Daşınmaz əmlak portfelinin əsas hissəsini “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood”, “Angelo, Gordon & CO”, “FLE SICAV-FIS”, “Brookfield Asset Management”, “Charter Hall” və “Prologis” şirkətləri tərəfindən idarə olunan fond investisiyaları, həmçinin “Walton Street”, “Gaw Capital”, “Blackstone”, “KIC” və “AroundTown” ilə birlikdə həyata keçirilən müştərək investisiyaları təşkil edir. Eləcədə Fondun daşınmaz əmlak portfelinə London şəhərinin “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 193,5 mln. ingilis funt sterlinqi təşkil edən ofis kompleksi, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 2 681,0 mln. Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən və dəyəri 197,6 mln. avro təşkil edən daşınmaz əmlak kompleksi və Tokio şəhərində yerləşən və dəyəri 56,9 milyard yapon yeni (98%-i yəni 55,762 milyard yapon yeni ARDNF-yə məxsus olan) təşkil edən ticarət mərkəzi olan birbaşa daşınmaz əmlak investisiyaları daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Ümumiyyətlə hesabat ilində Daşınmaz Əmlak alt portfelinə Neft-qaz gəlirlərinin hesabına ümumilikdə 139,6 mln. ABŞ dolları məbləğində yeni investisiya edilib, 2022-ci ildə alt portfelin idarə edilməsində ümumilikdə 253,9 mln. ABŞ dolları gəlir əldə edilsə də, portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 113,7 mln. ABŞ dolları zərər edilməsi müəyyən edilib.