Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.