Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün mövzusunda tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd edib ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, 1969-cu ildən Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra başlanıb. 14 iyul 1969-cu il bu günkü müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün kimi tarixə düşüb. 1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, o cümlədən, sosial-iqtisadi və mədəni həyatında inkişaf baş verib.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən, kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilib.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Alpout kənd 2 saylı tam orta məktəbin direktoru Orxan Rəhimov, Ucar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış ediblər.