Hesabat ilində Fondun təsdiq olunmuş hasilat və daxilolma proqnoz məlumatları ilə faktiki icra arasında əhəmiyyətli fərqlər, o cümlədən neft yataqları üzrə 67 – 99% aralığında, Bahar qaz yatağı üzrə 62,6%, bir sıra yataqlar üzrə daxilolmalarda isə 24-94% aralığında mövcud olduğu müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Yataqlar üzrə məlumatlar aşağıdakı cədvəllərdə verilib:
Cədvəl 4. 2022-ci ildə Fondunun faktiki hasilat məlumatlarının proqnoz məlumatları ilə fərqləndiyi yataqlar barədə məlumat.
Yataqların adları | Təsviri | İllik hasilat | Fərq | İcra faizi | |
Təsdiq | Faktiki | ||||
Neft yataqları üzrə | |||||
AÇG | mln.bbl | 153.08 | 151.62 | -1.46 | 99% |
Bahar-neft | mln. bbl | 0.27 | 0.18 | -0.09 | 67% |
Zığ-Hövsan Abşeron | mln. bbl | 0.43 | 0.42 | -0.01 | 98% |
Kürsəngi və Qarabağlı | mln. bbl | 0.91 | 0.86 | -0.05 | 94% |
Suraxanı | mln. bbl | 1.10 | 1.04 | -0.06 | 94% |
Qaz yataqları üzrə | |||||
Bahar-qaz | mln.metr³ | 310.63 | 194.45 | -116.18 | 62,6% |
Cədvəl 5. Fondun faktiki daxilolmalarının proqnoz daxilolmaları ilə fərqləndiyi yataqlar barədə məlumat.
Yataqlar üzrə daxilolmalarda fərq (mln. ABŞ dolları) | ||||
Təsdiq | Faktiki | Fərq | İcra faizi | |
Bahar-neft | 4.64 | 0.76 | -2.68 | 42,0% |
Bahar-qaz | 1.20 | |||
Mişovdağ və Kəlaməddin | 2.54 | 0.61 | -1.93 | 24% |
Neftçala və Xıllı | 1.20 | 0.62 | -0.58 | 52% |
Suraxanı | 5.67 | 5.31 | -0.36 | 94% |