Azərbaycan korporativ istiqrazları ABŞ dollarında emissiya olunduğundan ABŞ istiqrazlar bazarında baş verən dəyişikliklərin təsirinə məruz qalıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Belə ki, 2022-ci ildə artan faiz dərəcələri fonunda ARDNF-nin portfelində ədalətli dəyərlə təsnif olunan sözügedən istiqrazların yenidən qiymətləndirilməsindən yaranan reallaşdırılmamış zərər müşahidə olunub.