Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.