Bahar yatağı üzrə neft və qaz hasilatı üzrə hasilatda və daxilolmalarda fərqin səbəbi əməliyyat şirkətinin məlumatına əsasən müxtəlif texniki və quyu təmir işlərinin planlaşdırılan göstəricidə olmaması ilə əlaqədar gözlənilən hasilatın əldə edilməməsi olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Mişovdağ və Kəlaməddin yatağı üzrə Əməliyyat şirkətinin məlumatına əsasən daxilolma üzrə proqnozdan kənarlaşmaya səbəb OPEX və CAPEX xərclərinin artması və nəzərdə tutulmayan vergi ödənişləri ilə əlaqədardır.
Neftçala və Xıllı neft yataqları bloku üzrə Əməliyyat şirkəti tərəfindən verilən məlumata əsasən daxilolmalar üzrə proqnozdan kənarlaşmaya səbəb ARDNF-in gəlirləri üzrə proqnozların tərtibatı zamanı əməliyyat şirkəti tərəfindən mənfəət vergisinin nəzərə alınmamasıdır.