Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri təsdiq olunmuş proqnoz göstəricisindən artıq olub və müvafiq təsdiqedici sənədlər əsasında hesabatda öz əksini tapıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər təsdiq olunmuş proqnoz məlumatlarından 14,6 mln. manat az icra olunub və müvafiq təsdiqedici sənədlər əsasında hesabatda öz əksini tapıb. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar təsdiq olunmuş proqnoz məlumatları ilə eynilik təşkil edib və müvafiq təsdiqedici sənədlər əsasında hesabatda öz əksini tapıb.