Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə səbəb olduqda tətbiq edilən cəzalar açıqılanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə səbəb olduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.