Kənar dövlət maliyyə nəzarəti tədbirinin məqsədi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlir və xərc smetası üzrə istifadəsinin uçotda əks etdirilməsi vəziyyətinin düzgünlüyünü müəyyənləşdirmək məqsədini daşıyıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Kənar dövlət maliyyə nəzarəti tədbiri 01 yanvar 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixləri əhatə olunmaqla 08 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək keçirilib.
KDMN tədbiri çərçivəsində nəzərdən keçirilmiş maliyyə məlumatlarının ümumi həcmlərini aşağıdakı cədvəldən görmək mümkündür:
Cədvəl 1. Fondun KDMN tədbiri ilə əhatə olunmuş vəsaitlərinin bölgüsü
Bölmə | 2022-ci il üzrə |
Gəlirlər | 16 866,5 |
Xərclər | 7 988,3 |