Hesabat ilinin sonuna Fondun investisiya portfelinin kredit reytinqləri üzrə təsnifatında investisiya dərəcəli və reytinqə malik olmayan səhm, daşınmaz əmlak və qızıl üzrə artım müşahidə edilmiş, qeyri-investisiya dərəcəli, Azərbaycan korporativ istiqrazları, Mərkəzi Bank cari hesablarında azalma müşahidə edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Hesabat ilinin əvvəlinə Fondun Borc öhdəlikləri və pul bazarları alt portfelindən avro istiqrazlarının satışı həyata keçirilmiş, nəticədə daxil olmuş vəsait Türkiyə Mərkəzi Bankına 1,0 mld. avro həcmində depozit kimi yerləşdirilib.
Cədvəl 11. İnvestisiya portfelinin kredit reytinqləri üzrə təsnifatı, ABŞ dolları ilə
Maksimum kredit reytinqi üzrə | 31.12.2022 | 31.12.2021 | Fərq |
İnvestisiya dərəcəli | 24,286,744,657 | 21,589,268,223 | 2,697,476,434 |
Qeyri-investisiya dərəcəli | 140,252,983 | 188,487,987 | -48,235,004 |
Azərbaycan korporativ istiqrazları | 4,635,184,941 | 5,153,943,652 | -518,758,711 |
Türkiyə Mərkəzi Bankında depozit | 1,066,893,423 | – | 1,066,893,423 |
Mərkəzi Bank cari hesabları | 299,999,400 | 900 000 000 | -600 000 600 |
Reytinqə malik olmayan səhm, daşınmaz əmlak və qızıl | 18,603,633,167 | 17,192,900,403 | 1 410 732 763 |
Cəmi | 49,032,708,570 | 45,024,600,266 | 4,008,108,304 |