Malgöndərən (podratçı) tərəfindən dövlət satınalma prosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyəti barədə yanlış məlumatın təqdim edilməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Malgöndərən (podratçı) tərəfindən dövlət satınalma prosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyəti barədə yanlış məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.