2022-ci ildə xarici menecerlər tərəfindən idarəetmədə olan vəsaitlər üzrə mənfi gəlirlilik müşahidə edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Təhlilə əsasən xarici menecerlər tərəfindən idarəedilən vəsaitin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, 2021-ci ildə xarici menecerlər tərəfindən idarəetmədə olan vəsaitin həcmi 6 589,3 mln. olduğu halda 2022-ci ildə 8 160,2 mln. ABŞ dolları təşkil edib.
Cədvəl 23. Xarici menecerlər (portfellərin həcmi, məzənnə fərqi nəzərə alınaraq gəlir/zərər və gəlirlilik göstəricisi).
31.12.2022 | 31.12.2021 | ||
UBS | Həcmi $ | 610 402 708 | 741 966 585 |
Toplam Gəlir $ | -131 563 877 | 168 721 053 | |
Gəlirlilik | -17,73% | 21,93% | |
SSGA | Həcmi $ | 1 237 991 264 | 596 733 826 |
Toplam Gəlir $ | -108 742 562 | 107 837 389 | |
Gəlirlilik | -16,93% | 22,06% | |
UBS EU ex UK | Həcmi (avro) | 1 111 681 009 | 1 264 384 699 |
Toplam Gəlir (avro) | -152 703 690 | 253 292 188 | |
Gəlirlilik | -12,08% | 25,05% | |
Mellon Capital | Həcmi $ | 1 486 874 552 | 907 291 892 |
Toplam Gəlir $ | -170 417 341 | 164 665 744 | |
Gəlirlilik | -17,73% | 22,17% | |
BlackRock | Həcmi $ | 1 688 608 168 | 1 334 132 756 |
Toplam Gəlir $ | -245 524 588 | 224 669 895 | |
Gəlirlilik | -17,77% | 22,19% | |
Sumitomo | Həcmi $ | 1 597 165 715 | 1 215 387 857 |
Toplam Gəlir $ | -218 222 142 | 170 735 989 | |
Gəlirlilik | -17.81% | 22,22% | |
Dünya Bankı | Həcmi $ | 240 435 866 | 245 821 835 |
Toplam Gəlir $ | -5 385 969 | – 659 426 | |
Gəlirlilik | -2.19% | -0,27% | |
DWS | Həcmi $ | 114 232 689 | 115 070 229 |
Toplam Gəlir $ | -837 540 | 479 880 | |
Gəlirlilik | -0.73% | 0,42% |