neft fPortfelin böyük hissəsinin sabit gəlirli aktivlərə yatırım edilməsinə baxmayaraq diversifikasiyanın təmin olunması ilə bağlı səhm, özəl səhm, daşınmaz əmlak və qızıl kimi aktivlərə yatırım edilməsi, eləcə də qeyd olunan aktivlər daxilində sektor, region, müxtəlif investisiya növləri və valyutaları üzrə bölünməsi gəlirlilik üzrə təsdiq edilmiş proqnozlaşdırmalarda əhəmiyyətli kənarlaşma ilə (0-5,2%) nəticələnib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.