Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.