Lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” qanun ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.