Madər Musayev dəfn edildi

14 İyul 2023, 18:17

Bu gün vəfat edən deputat Madər Musayev dəfn edilib.

Heftelik.az-ın məlumatına görə, mərhum Bakının Binəqədi rayonunda kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Madər Musayev bu gün uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib. O, 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb. Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. “Şöhrət” və “Şərəf” ordenləri ilə, 25 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.