Milli Məclisin deputatı Rüfət Quliyev 14.07.2023 tarixində Lənkəran şəhəri deputat ofisində seçicilərlə qəbul keçirib.

Heftelik.az-ın məlumatına görə, görüşdə müxtəlif yaş və fəaliyyət qruplarından olan yerli sakinlər iştirak edib.

Rüfət Quliyev dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib. Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb və onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib.

Görüş zamanı sakinləri narahat edən problemlər dinlənilib.

Sakinlərin müraciətləri diqqətlə dinlənib və qeydiyyata alınıb. Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb qalan müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər.