Kənar dövlət maliyyə nəzarəti tədbirinin predmetləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
KDMN tədbiri üzrə Hesablama Palatası Kollegiyasının 28 aprel 2023-ci il tarixli Kollegiya iclasının 2-3/3-2-59/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş proqramda aşağıdakı predmetlər müəyyən edilib:
– Fondun büdcəsinin mənbələr üzrə formalaşan gəlirlərinin uçotu vəziyyətinin düzgünlüyü.
– Fondun vəsaitinin yerləşdirilmə və idaredilmə üzrə istifadəsinin uçotda əks etdirilməsi vəziyyəti.
– Xərc istiqamətləri üzrə Fondun vəsaitlərinin istifadəsinin uçotu.