2022-ci ildə ARDNF-nin büdcə xərcləri 7 988,3 mln. manat və ya 4 699,0 mln. ABŞ dolları təşkil etməklə, büdcədə nəzərdə tutulana qarşı 68,8% icra olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
2021-ci ilin icrası ilə (11 382,7 mln. manat) müqayisədə 3 394,4 mln. manat və ya 29,8 faiz az icra olunub. 2022-ci ildə xərclərin böyük hissəsini dövlət büdcəsinə transfert (99,18%) xərcləri təşkil edib. 2019-2023-cü illərdə Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı üzrə xərclər 0,28%, 2022-2026-cı illərdə Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi üzrə Dövlət Proqramı üzrə 0,19%, ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 0,35% təşkil edib.
Qrafik 3. 2022-ci ildə ARDNF-nin büdcə xərcləri
27,89 mln AZN
22,2 mln AZN
7,923,000.00 mln AZN
Dövlət büdcəsinə transfert
15,2 mln AZN
2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı
Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi üzrə Dövlət Proqramı
Dövlət Neft Fondunun idarəedilməsi ilə bağlı xərclər