Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumu tutulacaq.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün Dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb.
Eyni zamanda layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.
Belə ki, yeni rüsumların aşağıdakı kimi olması təklif edilir:
– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün- 125 manat
– bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 25 manat
– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi – 250 manat
– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 75 manat
– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.
Qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri