Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard avro həcmində depozit 3 tranş olmaqla mərhələli şəkildə həm Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta tarazlaşmasından əldə olunan avro, müddəti bitmiş avro istiqrazları, həm də bitmə müddətinə qısa vaxt qalan avro istiqrazlarının satışı vasitəsi ilə maliyyələşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Nəzərə almaq lazımdır ki, avro istiqrazlar alt portfeli üzrə gəlirlilik imkanlarını əldən verməmək üçün depozitlərin məhz yuxarıda qeyd edilən vasitələrlə səmərəli yerləşdirməsi həyata keçirilib.