Dövlət Neft Fondunun 2022-ci il üçün təsdiq olunmuş büdcəsində Dövlət Proqramının maliyyələşdirilməsi üçün 17,9 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Bu xərc maddəsi üzrə faktiki olaraq 15,2 mln. manat vəsait ayrılıb. İcranın az olma səbəbi isə proqram çərçivəsində xaricdə təhsil üçün qəbul edilmiş tələblərin nəzərdə tutulan 400 nəfər kvota sayına nisbətən aşağı olması, həmçinin faktiki qəbul olanların bir qisminin qəbuldan sonra proqramdan imtina etməsi və yaxud müvəqqəti dayandırması nəticəsində maliyyləşdirilməsi həyata keçirilımiş tələbələrin ümumi sayının 286 nəfər təşkil etməsi olub.