2022-ci ildə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 27 895,6 min manat səviyyəsində icra edilib ki, bu da təsdiq edilmiş smeta xərclərinin (33 988,6 min manat) 82,1 faizini təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Hesabat ilində ARDNF-nin smeta xərcləri 2021-ci ilin icrası ilə (22 475,0 min manat) müqayisədə 5,4 mln. manat və yaxud 24,1 faiz çox olub.
Hesablama Palatası tərəfindən aparılmış Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələri ilə Neft Fondunun 2022-ci il üzrə büdcəsinin icrası ilə bağlı illik hesabat üzrə göstəricilərin uyğunluğunu nəzərə alaraq, Neft Fondunun 2022-ci il üzrə büdcəsinin icrası ilə bağlı illik hesabat məqbul hesab edilib.