Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial hesabatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, maliyyə hesabatlarının isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial hesabatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, maliyyə hesabatlarının isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.