Azərbaycanda son 4 ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində məhsul istehsalı 58 faiz artıb.

Heftelik.az-ın məlumatına görə, 2018-ci ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 761,1 milyon manat, 2022-ci ildə isə 1203,6 milyon manat dəyərində məhsul istehsal olunub.

Başqa sözlə, 2018-ci illə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində məhsul istehsalı 442,5 milyon manat, yaxud 58 faiz çox olub.