Xam neftin qiymətinin Dövlət Neft FondunUN büdcəsində nəzərdə tutulan orta illik ixrac qiymətindən 31,1 ABŞ dolları yüksək olması bir sıra yataqlar üzrə illik hasilat proqnozunun az icra edilməsinə baxmayaraq mənfəət neftinin və qazının satışından daxilolması üzrə təsdiq olunmuş məbləği 4 705,5 mln. manat üstələyib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Hesabat ilinin sonuna Fondun İnvestisiya portfelinin valyutalar üzrə bölgüsündə Fondun 2022-ci il üçün təsdiq edilmiş investisiya siyasətinin tələblərindən kənarlaşma olduğu müəyyən edilib. Dövlət Neft Fondunun İnvestisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimatın tələblərinə uyğun müvafiq balanslaşdırılma aparılmış, 2023-cü ilin 1-cü rübünün sonuna müvafiq göstəricilər İnvestisiya siyasətinin tələbləri çərçivəsində olub.