2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə 7 923,0 mln. manat vəsait transfer edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən 68,8 faiz səviyyəsində icra edilib, 2021-ci ilin icrasına (11 350,0 mln. manat) nisbətən 3 427,0 mln. manat və yaxud 30,2 faiz az icra olunub.

  1. Dövlət büdcəsinə transfertin aylar və rüblər üzrə bölgüsü (min manat)

 

Plan 2022Faktiki 2022Kənarlaşma
(aylar üzrə)(aylar üzrə)(aylar üzrə)
Yanvar1 060 000.001 060 000.000
Fevral805 000.00805 000.000
Mart892 000.00892 000.000
I rüb2 757 000.002 757 000.000
Aprel931 000.00931 000.000
May489 000.00489 000.000
İyun471 000.00471 000.000
II rüb1 891 000.001 891 000.000
İyul1 145 000.00358 000.00787 000,0
Avgust1 145 000.00747 000.00398 000,0
Sentyabr1 145 000.00789 000.00356 000,0
III rüb3 435 000.001 894 000.001 541 000,0
Oktyabr1 145 000.00544 000.00601 000,0
Noyabr1 145 000.00696 000.00449 000,0
Dekabr1 145 000.00141 000.001 000 400,0
IV rüb3 434 500.001 381 000.002 053 500,0
Cəmi:11 517 500.007 923 000.003 594 500,0

 

Belə ki, hesabat ilinin 29 iyun tarixində dövlət büdcəsində müvafiq dürüstləşmələr aparılıb, Fond tərəfindən dövlət büdcəsinə transfertin həcmi 12 710,0 mln. manatdan 11 517,5 mln. manata endirilib. Dürüstləşmədən əvvəlki tarixə transfertin proqnoz göstəriciləri icra rəqəmlərlərinə uyğunlaşdırılıb.