Neft Fondunun Yaponiyanın Tokyo şəhərində yerləşən Kirarito Ginza daşınmaz əmlak kompleksinin alış məbləği 52,3 milyard yapon yeni təşkil edib ki, 98%-i, yəni 51,989 milyard yapon yeni ARDNF tərəfindən, qalan hissəsi isə idarəetmə şirkəti tərəfindən ödənilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

2016-cı ilin oktyabr ayında 31,5 milyard yapon yeni həcmində borc alınıb, bunun nəticəsində investisiya edilmiş əsas məbləğin bir hissəsi (60%) geri qaytarılıb. Kreditin faiz dərəcəsi 0,81% təşkil edib. 2015-2022-ci illər ərzində net icarə gəlirləri 52,1 mln. ABŞ dolları təşkil edib. Əmlakın dəyəri 2015-ci ildə 52,3 milyard yapon yeni təşkil edib, 2022-ci ildə isə 56,9 milyard yapon yeni olub. Əmlakın dəyəri Yapon yeninin ABŞ dolları ekvivalentində 2015-ci ildə 456,0 mln. ABŞ dolları olduğu halda 2022-ci ildə 432,0 mln. ABŞ dolları təşkil edib.