Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda tətbiq edilən cəzalar açıqılanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.