Satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Vəkil Araz Nurməmmədov  Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

“Satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.