“Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya həmin qanunun tələblərinin pozulması ilə tender təklifinin qalib elan edilməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
“Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya həmin qanunun tələblərinin pozulması ilə tender təklifinin qalib elan edilməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.