Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələr artırılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə ediləcək.
Həmçinin yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılıb.