Cəlilabadda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.0, dərinliyi 18 km olub.
Zəlzələ hiss olunmayıb.