Neft Fondu tərəfindən maliyyə hesabatlarının tərtibində hər hansı məlumatın (göstəricinin) nəzərə alınmaması və ya təhrif olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarlar qəbul etmələrinə təsir edirsə, onda bu informasiya (məlumat) əhəmiyyətli hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Əhəmiyyətlilik informasiyanın təkcə keyfiyyət xüsusiyyətləri ilə deyil, həm də bu informasiyanın münasibliyini müəyyən edən kəmiyyətlərcə ölçülə bilən olmalıdır.