Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir.