Daşınmaz əmlak idarəçiliyində uyğun bazar konyukturasından istifadə edərək gəlirliliyin artırılması məqsədi ilə borclanma halları geniş tətbiq olunan təcrübədir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
ARDNF Yaponiyanın Tokyo şəhərindəki daşınmaz əmlak investisiyasında da bu təcrübədən istifadə edərək məzənnə riskindən sığortalanmaq və gəlirliliyin artırılması məqsədi ilə borclanmışdır. Nəzərə almaq lazımdır ki, alınan borc ABŞ dollarına konvertasiya edilərək investisiya istiqamətləri üzrə yerləşdirilmişdir ki, bununla da yapon yenindəki net investisiya çəkisi azaldılmış və yerləşdirilmiş borc vəsaitindən əlavə investisiya gəliri əldə edilib.