Hesabat ilinin sonuna Dövlət Neft Fondunun investisiya portfelinin kredit reytinqləri üzrə təsnifatında investisiya dərəcəli və reytinqə malik olmayan səhm, daşınmaz əmlak və qızıl üzrə artım, qeyri-investisiya dərəcəli, Azərbaycan korporativ istiqrazları, Mərkəzi Bank cari hesablarında azalma müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.