Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin hasilat proqnozları ilə icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin müşahidə edilməsini nəzərə alaraq hasilat proqnozları müəyyənləşdirilərkən SOCAR və ABƏŞ-in Dövlət Neft Fondu ilə koordinasiyasının gücləndirilməsi zəruridir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Eyni zamanda Fondun gəlirliliyinin investisiyalarda bençmarklara uyğun bölgüləri və digər xüsusiyyətləri nəzərə alınmaqla bençmarka nisbətən əlavə gəlirlilik əldə etmək üçün bazar şəraitinə və iqtisadi gözləntilərə əsaslanan təhlillər edilməklə mövcud investisiyalara taktiki dəyişikliklərin edilməsi təklif olunub.