İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə mühüm zərər vurduqda tətbiq edilən cəzalar açıqılanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə mühüm zərər vurduqda bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.