Ötən axşam 1 nəfər Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, 37 yaşlı Konstantin adlı şəxs saat 22:00 radələrində Mavzoleyə yaxınlaşaraq ona “Molotov kokteyli” atıb.
Yanğın törətmək istəyən şəxs saxlanılıb və barəsində “Daxili işlər orqanı əməkdaşının qanuni əmrinə tabe olmama” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda o, polis bölməsindədir, onun hərəkətinin motivləri araşdırılır.
Mavzoleyin özünə ziyan dəyməyib.