2022-ci ilin sonuna Neft Fondunun səhm portfeli 9 646,0 mln. ABŞ dolları təşkil etmiş, portfeldə xüsusi çəkisi 19,6% olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Bu portfelə “MSCI World”, “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmləri, eləcə də Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən idarə olunan “ALAC” (Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələri), “Katalist” və “Global İnfrastruktur” özəl səhm fondlarına, eləcə də fərqli mandat üzrə “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fonduna, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən idarə olunan “EPF” fonduna, “Blackstone” şirkəti tərəfindən idarə olunan “Blackstone Core Equity Partners” və “BCP Asia II” fondlarına, “Fondo Strategico Italiano” tərəfindən idarə olunan “FSI Fund I” və “FSI Fund II” fondlarına, “BC Partners” şirkəti tərəfindən idarə olunan “BC European Capital Partners X” və “BC Partners XI” fondlarına, “Carlyle Group” şirkəti tərəfindən idarə olunan “Carlyle Europe V”, “Carlyle Partners VII” və “Carlyle Europe Technology Partners V” fondlarına, “Vista” şirkəti tərəfindən idarə olunan “Vista Equity Partners VII” və “Vista Equity Partners VIII” fondlarına, “Thoma Bravo” şirkəti tərəfindən idarə olunan “Thoma Bravo Fund XIII”, “Thoma Bravo Explore Fund” və “Thoma Bravo Fund XV” fondlarına, “Apollo Global Management” şirkəti tərəfindən idarə olunan “Apollo Fund IX” və Apollo Fund X” fondlarına, “Warburg Pincus LLC” şirkəti tərəfindən idarə olunan “Warburg Pincus Global Growth Fund” fonduna, “Baring” şirkəti tərəfindən idarə olunan “Baring Private Equity Asia Fund VII” və “Baring Private Equity Asia Fund VIII” fondlarına, “PAG” şirkəti tərəfindən idarə olunan “PAG Asia Capital III” fonduna, “Blue Owl” şirkətinin idarəetməsində olan “Dyal Capital Partners IV” və “Dyal Capital Partners V” fondlarına, “Brookfield” şirkəti tərəfindən idarə olunan “Brookfield Infrastructure Fund IV” və “Brookfield Infrastructure Fund V” fondlarına, “Cinven” şirkətinin idarəetməsində olan “Cinven Fund VII” və “Cinven Fund VIII” fondlarına, “Leonard Green & Partners (LGP)” şirkəti tərəfindən idarə olunan “Green Equity Investors VIII” və “Green Equity Investors IX” fondlarına, “Vitruvian Investors” şirkəti tərəfindən idarə olunan “Vitruvian Investment Partners IV” fonduna, “CVC” şirkəti tərəfindən idarə olunan “CVC VIII” fonduna, “Ares” şirkəti tərəfindən idarə olunan “Ares Corporate Opportunity Fund VI” fonduna, “KKR” şirkəti tərəfindən idarə olunan “KKR IV” və “KKR North America XIII” fondlarına, “Francisco Partners” şirkəti tərəfindən idarə olunan “Francisco Partners VII” fonduna, “Clayton, Dubilier & Rice” şirkəti tərəfindən idarə olunan “Clayton, Dubilier & Rice XII” fonduna ; “Ares”, “Apollo Global Management”, “KKR”, “BC Partners”, “Cinven” və “Vista” ilə birlikdə müştərək investisiyalar, həmçinin “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar daxil olub.