Hesabat ilində Dövlət Neft Fonduna ümumilikdə 5,6 mln. manat və ya 3,3 mln. ABŞ dolları məbləğində akrhesabı ödənişlər köçürülmüşdür ki, bu gəlirlər 2022-ci il üçün təsdiq edilən rəqəm ilə müqayisədə 105,6 faiz səviyyəsində icra edilmişdir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Akrhesabı ödəniş Dövlət Neft Şirkəti ilə BP eksploreyşn (Azərbaycan) limited və ARDNŞ-nin ortaq neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq- Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü (HPBS) sazişi üzrə kontrakt sahəsinin ərazisi təxminən min əlli doqquz (1059) kvadrat kilometrdir ki, akrhesabı ödənişin məbləği 2,1 mln. ABŞ dolları təşkil edib ($2000*1059 km2 = $ 2.118.000). Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən ümumilikdə 0,8 mln. ABŞ dolları məbləğində akrhesabı vəsaiti ödənilib (Kontrakt sahəsinin ərazisi təxminən 321,0 km2-dir, kəşfiyyat dövrü üçün Illik akhesabı ödənişi 0,6 mln. ABŞ dolları, həmçinin kontrakt sahəsinin 208,0 km2-nin kəşfiyyat dövrü üçün may-sentyabr ayları üzrə akhesabı ödənişi 0,2 mln. ABŞ dolları ). ($2000*321 km2 = $ 642 000, ($2000*208 km2 /12*5= $ 173 333 ). Eyni zamanda, Əşrəfi- Dan Ulduzu-Aypara sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin 28.1-ci maddəsinə əsasən, Əsas kəşfiyyat dövrü(dövrlər) və Əlavə kəşfiyyat dövrü(dövrlər) ərzində (Podratçı Əlavə kəşfiyyat dövrünə(dövrlərinə) keçərsə) yalnız Podratçı tərəfindən Kontrakt sahəsinin hər kvadrat kilometri üçün iki min (2,000) dollar, ümumilikdə 0,34 mln. ABŞ dolları məbləğində illik akrhesabı haqq ödənilməsi müəyyən edilib.