Hesabat ili ərzində mərkəzi banklar tərəfindən davam etdirilən sərt monetar siyasət nəticəsində artan faiz dərəcələri istiqrazların kəskin ucuzlaşmasına gətirib çıxardıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Qeyd olunmalıdır ki, uçot faiz dərəcələrinin dəyişməsi və istiqrazların qiyməti arasında tərs mütənasiblik mövcuddur ki, 2022-ci ildə qlobal istiqraz indekslərinin dəyərində kəskin azalma son onilliklərdə rekord həddinə, mənfi 16.9%- a çatıb.
Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar digər institusional investorlarla bərabər ARDNF- nin də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş azalmalar kimi öz əksini tapıb.