“Veysəloğlu” Şirkətlər Qrupunun insanları aldatmağa çalışması faktının üzə çıxması sosial şəbəkədə geniş müzakirə mövzusu olub.
Heftelik.az-ın məlumatına görə, jurnalist Ləman Ələşrəfqızı yazıb ki, ötən gün marketdən üzərində “La Monde” yazılan 1 kq konfet alıb.
“La Monde” yazısından, tərtibatından düşündüm ki, yəqin Makronun ölkəsindən-zaddan gəlib) Qiyməti də ucuz deyil. Kiloqramı 30 manata. Açdım birini, dad o dad deyil. Elə bil ağzında alma çərdəyi,ərik çərdəyi kimi bir dad var. Uşaq da dişləyib atdı bir kənara. Konfetin kağızını ələk-vələk edirəm görək hara istehsalıdır? Bir də baxıram ki, üstündəki zərif şəffaf kağızda Veysəloğlu yazılıb. Necə əsəbimdən partlayıram bayaqdan.. Alıcını aldatmaq deyilmi bu? Üstündə Azərbaycan dilində bir kəlmə də yox. Üstəgəl qiymət. Bu məhsulun maya dəyəri niyə 30 manat olsun ki? Niyə haramçılıq edirsiz? Niyə cibimizə girirsiz?”- deyə jurnalist yazıb .
Jurnalist, fransız dili üzrə mütəxəssis Ayyət Əhməd isə savadsızlığa diqqət çəkib: “Onun üzərində “la monde” yox , “le monde” yazılmalı idi.” La” qadın cinsi, müəyyən artikildir, “le” isə kişi cinsi müəyyən artikle “monde” isə “dünya” deməkdir və kişi cinsindədir , yəni “le monde” olmali idi. Onun saxta olması elə “la monde” dan bilinir. Fransız belə kobud səhvə yol verməz, Sumqayıt buraxır))”.
Sadiq Ismayilov isə yazıb ki, şirkəti məhkəməyə vermək lazımdır: “Bunları mütləq məhkəməyə vermək lazımdır. Bunlar hansı firmanın adından bu və ya digər şəkildə istifadə edirlərsə, onları da məlumatlandırıb, birgə məhkəməyə müraciət etmək lazımdır”.
Seymur Əhmədov adlı şəxsin “Veysəloğlu” –nu müdafiə etmək cəhdinə isə fotofaktla cavab verilib.