Xəzər dənizində daha bir zəlzələ baş verib.

Bu barədə Heftelik.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.

***

saat 12.22

Xəzər dənizində növbəti zəlzələ baş verib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.5, dərinliyi 63 km olub.