Kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbiri çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları digər əlaqəli sənədlər əhatə olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Həmin sənədlər aşağıdakılardır:
– Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə Dövlət Neft Fondunun fəaliyyətinin tənzimlənməsi və normativ-hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər Proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”;
– Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanı;
– “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 22 iyul 2022-ci il tarixli 1759 nömrəli Fərmanı;
– 2022-ci il üzrə gəlir və xərc smetaları;
– Digər aidiyyəti normativ sənədlər.
KDMN obyekti ayrı-ayrı tapıntılarda qeyd edilmiş və audit qrupu tərəfindən hazırlanmış auditə dair hesabatda təsbit edilmiş məsələlər ilə bağlı münasibətini 07 iyun 2023-cü il tarixli 12-1/2-4/1-389/2023 nömrəli məktubu ilə bildirib.