“Azerbaijan Rigs” layihəsinin ümumi xərcləri 1 milyard ABŞ dolları təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) layihəyə 2013-2017-ci illərdə öz payına uyğun olaraq 838,0 milyon ABŞ dolları vəsait investisiya edib. 2022-ci ilin sonunda, “Azerbaijan Rigs” layihəsi cari bazar şərtlərinə uyğun olaraq “KPMG Azerbaijan Limited” şirkəti tərəfindən dəyərləndirilmiş və yeni dəyəri 311,9 ABŞ dolları təşkil edib ki, nəticədə layihənin dəyəri 526,1 milyon ABŞ dolları azalması müəyyən edilib.