Hesabat ilinin sonuna Fondun borc öhdəlikləri və pul bazarları alt portfelinin investisiya dərəcəli reytinqində AAA reytinqi üzrə yerləşdirmələrin həcmində 4 391,8 mln. ABŞ dolları artım müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

 

Cədvəl 12. İnvestisiya dərəcəli kredit reytinqli istiqrazların qiymətləndirilməsi, ABŞ dolları ilə

İnvestisiya dərəcəli reytinqli istiqrazlar31.12.202231.12.2021Fərq
AAA18,006,731,91313,614,913,0984,391,818,815
AA3,622,825,5723,102,720,577520,104,995
A1,965,787,6373,164,984,057(1,199,196,420)
BBB691,399,5341,706,650,491(1,015,250,957)
Cəmi24,286,744,65721,589,268,2232,697,476,434